“Slavyanka” məcburi auditdən yayındıbackend

“Gədəbəy Mineral Suları” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”-in xəbərinə görə, MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: “Gədəbəy Mineral Suları” MMC “Slavyanka” əmtəə nişanının sahibidir.