SOCAR “Baykar” şirkətini yaşıl enerji ilə təmin edibbackend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” “Baykar” şirkətini yaşıl enerji ilə təmin edib.

Bu barədə SOCAR məlumat yayıb.

“İki ilə yaxındır elektrik enerjisi verdiyimiz “Baykar”ın elektrik istehlakını 2023-cü ildə yaşıla çevirdik. Beləliklə, “Baykar” elektrik enerjisindən istifadə nəticəsində karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə şirkətdən bildirilib.

“SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimovun “Baykar Technologies” şirkətinə səfəri zamanı Səlcuq Bayraktar və Haluk Bayraktar ilə əməkdaşlığın miqyası qiymətləndirilib.