Soçidə üçtərəfli bəyanat imzalandı backend

Bu gün Rusiyanın Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan üç tərəfli bəyanat imzalayıblar.

“Yeni Gundem” xəbər verir ki, bəyanatda əsas müddəalar aşağıdakılardır:
▪️Ermənistan və Azərbaycan güc tətbiq etməkdən və onun tətbiqi ilə hədələməkdən çəkinmək barədə razılığa gəliblər.
▪️Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının hazırlanmasına köməklik göstərəcək.
▪️Rusiya Federasiyası, Azərbaycan və Ermənistan 9 noyabr 2020-ci il tarixli sazişlərə əməl etmək öhdəliyini təsdiqlədi.
▪️Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bütün problemləri müzakirə etmək barədə razılığa gəliblər.
▪️Rusiya Federasiyası, Azərbaycan və Ermənistan etimadın yaradılması üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd etdilər.
▪️Tərəflər Rusiya sülhməramlılarının Transqafqazda sabitliyin təmin edilməsi üçün səy göstərməsi tələbini qeyd etdilər.
▪️Rusiya Federasiyası, Azərbaycan və Ermənistan qalan humanitar məsələlərin həlli üçün əlavə səylər göstərəcəklər.

Fərahim RƏHİMOV

Yenigundem.az