ŞOK: Dünən möhtəşəm qala gecəsi keçirilən “GülƏhməd” filminin yayımı dayandırıldı: “Rejissora haram olsun !” FOTOLARbackend

Dünən gecə möhtəşəm qala gecəsi keçirilən başıbəlalı “GülƏhməd” filminin yayımı bu gündən dayandırılıb. Xəbərçi.az -a bu barədə filmin rəsmi və hüquqi mülkiyyət sahibi, “İmperator Lion M” şirkətinin rəhbəri, eyni zamanda filmin baş prodüseri Vüqar Cavadov məlumat verib. Vüqar Cavadov filmin dayandırılmasına səbəb kimi rejissor və ssenarist Metin Yücelin çəkdiyi uğursuz və keyfiyyətsiz hesab etdiyi filmi səbəb göstərib:

” Bəli, “GülƏhməd” filminin yayımını bu gün dayandırdım. Şəxsən mən Vüqar Cavadov bu filmin plagiat olduğunu təəssüf ki, bir az gec anladım. Plagiat film üçün həm rejissore, həm də ki, çəkiliş proseslərinə, aktyor heyətinə şirkətimiz tərəfindən  külli miqdarda pul ödənilib. Filmdə səsləndirilən söyüşlər Azərbaycan xalqına, mentalitetinə yaraşmayan qeyri-etik ifadələr sadəcə biabırçılıq idi. Baxmayaraq ki, bu cür qeyri-etik ifadələr və hərəkətlərin filmdən yığışdırılmasına dair dəfələrlə göstəriş vermişdim, lakin sonda rejissor öz bildiyini etdi. Təbii ki, bununla bağlı müvafiq tədbirlər görüləcək. Hər zaman ona deyəndə ki, bu cür söyüşləri yığışdır, bizə yaraşmır, bizdə qəbul olunmur , rejissor o zaman deyirdi ki, bəs mən nə çəkim ki, gülməli olsun, “şu olmaz-bu olmaz” bəs sizdə nə olar axı ?! Dünən gecə filmin yayımını o cür qeyri-etik sözlərə görə dayandırmaq istəyirdim, sadəcə qala gecəyə gələn şəxslərə hörmətsizlik etmək istəmədim. Metin Yücelin bu işini sıfır səviyyəsində qiymətləndirirəm və filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari (“Gülcamal” filinin oğurlanmış versiyası ) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının filmdəki səhnələrini artırmaqla filmi bu günə qoydu.  Bir sözlə hər şeydən bezdik, zərər etsək belə xalqımıza bu cür filmə baxmağı laiq bilmədik ! “.

Baş rolda çəkilən “GülƏhməd” filminin Güləhmədi aktyor Rəşad Vahidzadə dünən gecədən əsəb keçirdiyini, səhərə kimi bu biabırçılığı həzm edə bilmədiyini açıqlayıb:   “8 ay dırnaq, saç, saqqal uzatdım. Bunları o qeyri- peşəkar rejissor Metin Yücelə haram edirəm. Səhərə qədər yatmamışam, əsəbdən gözümə qan yığılıb. Şəxsən mən öz ailəmlə gedib o filmə baxsaydım və o cür söyüşlər səslənsəydi dünyanı dağıdardım, nəysə bilərdim nə edərdim. Ona görə Vüqar müəllimə təşəkkür edirəm ki, xanımları, azyaşlıları, kinonun əslində bir mədəniyyət olduğunu bilir, anlayır və bu səbəbdən də “GülƏhməd” filminin yayımını dayandırdı “.