Afət Fərmanqızı Azərbaycana gələn kimi aeroportda polislər tərəfindən saxlanılaraq məhkəmə zalına gətiriləcək.
Bu barədə Qaynarinfo-ya Xalq artisti Flora Kərimovanın köməkçisi müğənni Afət Fərmanqızı ilə bağlı olan məhkəmə qərarından danışarkən deyib. Xalq artistinin köməkçisi həmin qərardan sonra Afət Fərmanqızının Azərbaycana gəlmədiyini vurğulayıb:
“Binəqədi rayon Məhkəməsinin müğənni Afət Fərmanqızı barəsində çıxardığı qərar polis idarəsinə gedənə kimi o, Azərbaycanı tərk edərək Moskvaya getdi. Məsələ ilə bağlı Sərhəd Xidmətinə də müraciət ünvanladıq ki, həmin qərardan sonra Afət Fərmanqızı Azərbaycan gəlib ya yox. Xidmətdən hələ bizim müraciətə konkret olaraq cavab verilməyib. Hazırda Afət Fərmanqızı Azərbaycanda deyil. Azərbaycana gələn kimi qanuna görə polislər onu saxlamalı və bir başa məhkəmə zalına gətirilməlidir. Onun məhkəmə zalına aparılması ilə bağlı da Flora Kərimovanın vəkilinə məlumat verilməlidir”.
Afət Fərmanqızının hamilə olub-olmaması məsələsinə gəlincə, xalq artistinin köməkçisinin sözlərinə görə, bunun üçün onun hər hansı bir doğum evində, yaxud da qadın məsləhətxanalarından birində qeydiyyatda olmalıdır:
“Afət Fərmanqızı bizə Moskvanın hanısa vilayətindən aldığı bir kağız gətirib təqdim elədi. Orada ad və familiya belə yazılıb: A. Hüseynova. Biz bilmədik bu kimdir? Afət Fərmanqızı Azərbaycan vətəndaşıdır və bu səbəbdən də hansısa doğum evində qeydiyyatda olmalıdır. Onun tədqim etdiyi sənəddən 6 ay keçir və sosial şəbəkədə paylaşdığı videolardan hamilə olmadığı görünür. Hamilədirsə, gəlsin Bakıya, hər hansı bir doğum evinə qeydiyyata yazılsın və bu barədə də həkimin verdiyi rəyi məhkəməyə təqdim eləsin”.
Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.