Xüsusi Dövlət Mühafizə Xidmətinin polkovnik-leytenantı Mübariz Vəliyev dünyasını dəyişib.
“Yeni Gündəm” xəbər verir ki, 52 yaşlı polkovnik-leytenat dünən axşam saatlarında ürək tutamasından vəfat edib.
Mərhum bu gün dəfn olunub.
Qeyd edək ki, o, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə “İgidliyə görə” medalı ilə təltif edilib.
Bakupost.az