Avtomobil qəzası nəticəsində ağır vəziyyətdə xəstəxnaya gətirilən, əməliyyat zamanı bir neçə dəfə kliniki ölüm keçirən Əməkdar artist Elizbar Osmanov sağalıb.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə KTM-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 26-da xəstəxanaya gətirilərkən kəllə-beyin travması almaqla yanaşı, ağciyəri, qaraciyəri və digər orqanları da ciddi zədə görmüş əməkdar artist təcili olaraq əməliyyata alınıb:
“E.Osmanovun vəziyyəti ağır olsa da, həkimlər onun həyatını xilas edə biliblər və bu gün o tam sağalaraq, evə buraxılıb”.
Xatırladaq ki, Əməkdar artist Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verən qəza nəticəsində ağır xəsarətlər almışdı.
Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.