Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov xəstəxanaya yerləşdirilib.
“Yeni Gündəm” xəbər verir ki, səhhətlərində problem yaranan Rəqsanə və Fazil bəy koronavirus şübhəsilə testdən keçiblər.
Hər ikisinin testi mənfi çıxıb. Onlar sadəcə soyuqlayıblar. Fazil bəyin xəstəxana rejimində müalicə olunması məsləhət bilinib.
Qeyd edək ki, Rəqsanə İsmayılovanın həyat yoldaşı Moskvada yaşayıb-fəaliyyət göstərən iş adamııdır. Cütlük arasında 12 yaş fərq var.
Rəqsanənin 40, Fazil bəyin 52 yaşı var. 7 ildir evli olan cütlüyün əkiz övladları var. Hər ikisinin əvvəlki nikahdan iki övladı var.