2021-2022-ci tədris ilindən məzmunun təkmilləşdirilməsi hədəfinin nəticəsi kimi 132 məktəbin V siniflərində pilot olaraq təbiət fənni tədris ediləcək.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Feysbuk səhifəsində paylaşım edib.
Qeyd olunub ki, təbiət fənlərinin inteqrativ tədris edilməsi beynəlxalq qiymətləndirmə tədqiqatlarında şagirdlərimizin nailiyyətlərinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.