SON DƏQİQƏ! Xankəndidə Azərbaycan bayrağı GÖRÜNTÜLƏNDİ: Sülhməramlıların komandanı ilk dəfə… – FOTObackend

Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov Xankəndi şəhərində erməni ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

”Yeni Gündəm” xəbər verir ki, görüş zamanı Volkov Qarabağda yaranmış vəziyyətlə bağlı sülhməramlı qüvvələrin mövqeyini izah edib. General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib.

Qeyd edək ki, görüşün keçirildiyi məkanda stolun üstünə Azərbaycan, Rusiya və Ermənistanın dövlət bayraqları qoyulub.

Onu da qeyd edək ki, Ermənistanın bayrağı tərsinə qoyulub. Bayrağın tərsinə qoyulması sosial şəbəkələrdə ermənilərin müzakirəsinə səbəb olub.///Modern.az