Şorgözlük deyəndə hamının ağlına kişilər gəlir. Bu haqda yetərincə məlumat və informasiya sahibiyik. Amma yalnız kişilər deyil, qadınlar da şorgöz ola bilir.
Qadınların şorgözlüyü haqqında heç eşitdinizmi? Bəs şorgöz qadınlar necə xarakterə-tərzə sahib olurlar? Bu tip qadınları necə tanımaq olar? Hansı hərəkət və ya davranışlarıyla qadınların şorgöz olmasını təxmin etmək olar?
“Yeni Gundem” bunu sizə təqdim edir:
Bu kimi suallar sizi düşündürürsə onda şorgöz qadınların haqqında bir az məlumatlanaq.
1) Şorgöz qadın hər şeydən əvvəl həddən artıq cəsurdur.
2) Kişilərin gözündə qəbul olunmuş ideal qadın prinsiplərinə fikir vemədən, həyatını öz bildiyi doğrularla, istədiyi kimi yaşamağı sevən biridir.
3) Cəmiyyətin təyin etdiyi şablon, geridə qalmış və eyniliyə söykənmiş qaydalarla rol oynamağı rədd edən bir yenilikçidir.
4) Qadını sahiblənərək istədiyi kimi dəyişdirməyə hazır olan kişi beyninə qətiyyətlə qarşı çıxan, özünü qəbul etdirməyi bacarandır.
5) O nə deyər, bu nə deyər kimi özgüvənsizliyi olmayan, özünün nə istədiyini çox yaxşı biləndir.
6) Başqalarının onların davranışlarını “atasız qız”, “travmatik münasibət”, “özgüvənsizlik”, “eqaist” və. s bu kimi ləqəblərlə izah etsələr də, bu qadınlar heç nəyə fikir vermədən həyatlarını istədikləri kimi yaşayan qadınlardır.