Sosial müavinət alanların nəzərinə: Martın sonlarından…backend

“Prezidentin Sərəncamına uyğun olaraq hökumətə tapşırıq verilib ki, 3 ay müddətində sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı öz təkliflərini hazırlasınlar”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

“Yəqin ki, mart ayının sonlarından bu sahədə də artımları görəcəyik”, – deyə komitə sədri qeyd edib./Qafqazinfo