Sosial yardım almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR: Artıq bu ailələr də…backend

“Ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını gündəmə gətirir”. Bu sözləri atv-yə açıqlamasında millət vəkili Vüqar Bayramov bilirib.

Onun sözlərinə görə, bəzi ailələrin mülkiyyətində olan avtomobil onların yardım üçün müraciət etməsinə imkan vermir:

“Hesab edirəm ki, bu tələblə bağlı şərtlərə dəyişiklik edilməlidir. Bəzi ailələrdə avtomobillər kifayət qədər köhnədir. Bu ailələrin sosial yardım almağa ehtiyacı olsa da həmin proqramdan yararlana bilmirlər”.