Xəbər verdiyimiz kimi ötən gün xalq artisti Nazpəri Dostəliyevanın oğlu dünyasını dəyişib.
“Yeni Gündəm” xəbər verir ki, hər kəs kimi bu xəbərdən şou bines nümayəndələri də sarsılıb. Onların əksəriyyəti sosial media hesablarında bu xəbərlə bağlı paylaşım ediblər. Nadir Qafarzadə də “Instagram” hesabında xalq artistinin fotosunu paylaşaraq:
“Bu gün eşitdiyim ən şokedici xəbər oldu. Nazpəri, xanım sizə təsəlli etməkdə çox acizəm. Sözüm bitib, dilim quruyub. Dünən bir yerdə dedik, güldük. Bu gün bu xəbər məni dəli etdi. Allah sizə səbr versin. Böyük dərddir. Allah heç bir valideynə bala dərdi verməsin” sözlərini yazıb.Big.az