Spiker deputatlara irad bildirdi, onları büdcə müzakirələrinə ciddi yanaşmağa çağırdıbackend

“Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Sahibə Qafarova deputatlara irad tutub, onları qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb: “Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın”.

APA