Stoltenberq: NATO-nun davamlı köməyi ilə Ukrayna qalib gələcəkbackend

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, müttəfiqlər gələn il ərzində Ukraynaya 40 milyard avro ayırmaq niyyətindədir.

O, bu barədə Beynəlxalq Krım Platformasının IV Sammitinə ünvanladığı müraciətində bildirib.

Stoltenberq vurğulayıb ki, NATO-nun dəstəyi “Ukraynaya bu gün özünü müdafiə etməyə və gələcəkdə Rusiya hücumlarının qarşısını almağa kömək edəcək”.

“Ukraynanın gələcəyi NATO-dadır və o, üzvlük üçün dönməz yoldadır. NATO-nun davamlı köməyi ilə Ukrayna suveren, müstəqil və demokratik dövlət kimi qalib gələcək”, – Stoltenberq qeyd edib.

APA