44 günlük Vətən müharibəsində döyüş meydanında torpaqlarımızda erməni işğalına son qoydurulub. Prezident İlham Əliyev müharibənin başa çatdığını bəyan edərək Ermənistana keçmiş düşmənçilik səhifəsini bağalamağı və ölkələrarası münasibətlərdə yeni səhifə açaraq sülh müqaviləsinin imzalanmasnı təklif etmişdir.
Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Azər Badamov açıqlayıb.
Millət vəkili vurğulayıb ki, ABŞ-ın təşşəbbüsü ilə aparılan görüşlər ölkələrimizi sülhə daha da yaxınlaşdıracaq və sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcəkdir.
“Azərbaycan təklif etdiyi sülh müqaviləsinin imzalanmasının təməlində dayanan 5 baza prinsipi də Ermənistana təqdim etmişdir. O cümlədən ölkəmiz regionun gələcəyini sülh və əməkdaşlıq üzərində görür.. Prezident İlham Əliyev bəyan etmişdir ki, müharibə başa çatmışdır və digər məsələlər siyasi yollarla həll olunmalıdır. Ona görə də Azərbaycanın suverən əraziləri çərçivəsində Ermənistanla sülh müqaviləsinin bağlanması ilə əlaqədar hər bir təşəbbüsü dəstəkləyirik. ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etməsi və ABŞ-da XİN-in görüşünün təşkil olunmasını müsbət addım hesab edirəm. Təbii ki, sülh müqaviləsini imzalamaq üçün Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü təsdiq etməlidir. Hesab edirəm ki, ABŞ-ın təşşəbbüsü ilə aparılan görüşlər ölkələrimizi sülhə daha da yaxınlaşdıracaq və sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcəkdir”,- deyə o qeyd edib.
Fərahim Rəhimov