Əgər biz sülh prosesinə inanmasaydıq, təşəbbüs göstərməzdik.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycan sülh yolunda addımlar atıb: “ABŞ-a təşəkkürümüzü bildiririk. ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlar prosesinə qayıtdı. Biz bu prosesdə iştirak edəcəyik. Biz sülh prosesinin irəliləməsi üçün əlimizdən gələni edəcəyik”.