“Mançester Yunayted”in sabiq futbolçusu Robin van Persi komandanın baş məşqçisi Ole Qunnar Sulşer haqqında danışıb.
“Yeni Gündem” Britaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu 46 yaşlı mütəxəssisi mülayim olduğu üçün tənqid edib: “Sulşer çox gülür. Açığı onun üçün güləcək vaxt deyil. Futbolçular pis oynayanda cəzalandırılacaqlarını bilməlidirlər. Məşqçilər oyun planından əlavə bir az da qorxuducu olmalıdırlar”.
Qeyd edək ki, Persi 2012-2015-ci illərdə “qırmızı şeytanlar”ın formasını geyinib.