Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada kişi ana və atasını qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışırmış. Ailə arasında ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışan qonşu qadın bir neçə ildir qonşu olduqlarını bildirib:
“Fikrət Mehriban və sakit uşaq idi. Ailəliklə mehriban adamlar idi. Biz ancaq kömək elə səsini eşitdik. Amma gələndə gec idi”.