Sumqayıtda qorxulu “İtlər vadisi” – İcra hakimiyyəti tədbir görmürbackend

Sumqayıtda sahibsiz itlərin həddən artıq çoxalmasından və sakinlər üçün böyük problem yaratmasından, böyük təhlükə mənbəyinə şevrilməsindən şikayətlər çoxdur və bu barədə mətbuatda dəfələrlə yazılır.

Mia.az-ın məlumatına görə, əfsuslar olsun ki, Sumqayıt icra hakimiyyəti, ona tabe olan məsul qurumlar sakinləri narahat edən problemi həll etmir.Ya həll edə bilmir , ya da istəmir.Elə isə sual yaranır ki, icra hakimiyyəti əgər adi bir ictimai problemi həll edə bilmirsə şəhərdəki ciddi məsələləri necə həll edir?!

Hər dəfə bu məsələ mətbuatda qaldırılanda Sumqayıt Şəhər İcra Hakimiyyətindən hər dəfə deyilir ki, problemlə bağlı artıq tapşırıq verilib, tədbirlər görülür və ya  aşağıdakı məzmuna oxşar açıqlama verlilir:

“Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir. Şəhər ərazisində sahibsiz itlərin yarada biləcəyi təhlükə nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib”.

Əlbəttə, icra hakimiyyəti bunu ciddi prooblem saymaya bilər, amma sahibsiz itlərin şəhəri işğal etməsi sakinlərdə böyük narahatçılıq doğurursa və  sahibsiz itlər faciələrə səbəb olursa, bu heç də kiçik məsələ sayıla bilməz. Əgər əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdusa artıq gündüz vaxtı belə itlərin bir-biri ilə, gəlib-gedən insanlara hürüşməsindən rahatçılıq yoxdur.

Hətta ucqar kəndlərdə itlərlə bağlı belə açınacaqlı vəziyyət yoxdur.

Summayıt bu baxımdan müəyyən mənada Hindistanın tipik şəhərini xatırladır.Yalnız bir fərqlə ki, burada toxunulmaz meymun və inəklər deyil, küçə itləridir.

Küçə itləri burada binaların ətrafında, hətta bloklarda özlərinə doğma məskən sayırlar. Sahibsiz itlər hərəkət edən maşınların, velosipedlərin dalınca aqressiv qaçaraq hürürlər.

Sahibsiz itlər özlərini bu şəhərdə o dərəcədə komfort hiss edirlər ki, artıq mikrorayon və məhələlərdə həyətlərin “sahiblərinə” çevriliblər. Sakinlər səhər işə rahat gedə bilmirlər, axşamlar isə həyacan keçmədən evə qayıda bilmirlər, qaranlıq düşən kimi  sürü halında itləri onları  düz “podyezlərin” qabağında qarşılayır.

Sahibsiz itlərlə üzləşən hər bir adam soyuqqanlı davranmasa onların hücumuna məruz qala bilər və qalır. Şagirdlər deyirlər ki, itlərdən qorunmaq üçün səhərlər məktəbə əllərində daşla gedirlər. Çox vaxt isə yollarını dəyişmək məcburiyyətində qalırlar.

Hətta mətbuatda çıxan şikayətlərdə bildirilir ki, küçənin ortasında, məktəblərin həyətlərində itlər hətta bəzən  çox rahat şəkildə cinsi əlaqədə olurlar.

Sakinlər şəhərdə  sahibsiz itlərə nəzarət olunmamasından , məsələnin həlli ilə bağlı isə demək olar heç bir ciddi addım atılmamasından  narazıdır.
Sürü halında mikrorayonlarda, binaların həyətində, parklarda, küçələrdə, ictimai yerlərdə məskən salan itlərdən nəinki, məktəblilər, hətta böyüklər də çəkinir.

Sumqayıtın 13-cü, 17-ci 10-cu, 12-ci  mikrorayonları, “Xəzər bağlar”ını və digər yerləri itlər vadisinə çevrilib. Sakinlər deyirlər ki, onlardan qorunmaq üçün əllərində daşla gəzirlər. Küçə itləri gecə vaxtı sürü halında daha təhlükəli olurlar. Soyuqlar düşdükcə isə onların aqressiyası daha da artır. Sumqayıtda küçə itləri nəinki yaşayış binalarının yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərində yolun ortasında, restoranların, kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində Sumqayıt Bulvarında, parklarda günün günorta çağı rahatca var-gəl edirlər, həmin yerlərdə daima məskən salırlar. Bravo Supermarket-nin yanı, Heydər parkındakı yaşıllıq küçə itlərinin baş qərərgahlarından biri sayılır. Sahibsiz itlər son zamanlar o qədər balalayib çoxalIblar ki, bu avtomobil sahiblərinə belə baş ağrısına çevriliblər.

Belə ki, sürücülərin onların qabağından keçən itləri bilmədən vurması halları çoxalıb.

Sumqayıtda il ərzində it dişləməsi çox baş verir. Bu məsələ yalnız ölüm faktı olduqda gündəmə gəlir. Mətbuatda deyilir ki, Sumqayıtda gün ərzində ən azı 2-3 nəfər it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edir.

Sürü halında gəzən küçə itləri gecə vaxtı daha qorxulu  olduğundan gecə vaxtı çölə çıxmağı Sumqayıtda az qala qəhrəmanlıq saymaq olar.
Google-da “Sumqayıtda sahibsiz itlər, it hücum kimi ” kimi  sözlər yazsaz itlərin sakinləri dişləməsi, hücum etməsi haqda yüzlərlə rəsmi fakta rast gəlmək olar. Qeyri-rəsmi bu halların sayı 2  qat çoxdur.

İtlərin dişləməkdən, hücumundan başqa onların yaratdığı psixoloji narahatçılıq isə nəyə desən dəyər. Onların statistikası isə aparılmır. Halbuki insan qorxudan psixoloji zədə ala bilər, böyük stress keçirə bilər ki, bu sonradan müxtəlif xəstəliklərə səbəb olur.

Düzdür, bu problem işıqlananda, şikayətlər çoxalanda və ya kimisə it dişləyəndə icra hakimiyyəti  tərəfindən sahibsiz itlərlə bağlı  müəyyən tədbirlər-aksiyalar görülür; onların bir hissəsi ərazidən uzaqlaşdırılır,quduzluğa qarşı iynə vurulur, itlərin bir qismi kütləvi sterilizasiya edilir, axtalanır, qulaqlarına birka bağlanır. Lakin bu tədbirlər sistemli aparılmır və daha çox formal xarakter daşıyır,  məsələ kökündən həll olunmur. Halbuki Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat İstismar Birliyindən bir neçə ill əvvəl bildirilmişdi ki, şəhərdə nümunə üçün bir dənə də olsun küçə iti qalmayacaq.

Bundan başqa itə peyvənd vurulması, onun qısırlanması hələ o demək deyil ki, həmin itlər real, potensial qorxulu , təhlükə mənbəyi olmur artıq.
Əgər sahibsiz itlər  şəhərdə ancaq maşında, cangüdənlə gəzən yüksək vəzifəli məsul məmurlar və onların yaxınları üçün problem yaratsa idi, onların üstünə itlər hücum etsə idi və ya dişləsə idi əlbət onlar tez tədbir görərdilər. İcra hakimiyyətinin məsələyə laqeydliyi ucbatından minlərlə insan narahatçılıq keçiririr, əziyyət çəkir.

Əslində hər it dişləməsi zamanı baş verən ölüm və ümumiyyətlə itlərin hümuna məruz qalmaqla bağlı  məsul məmurlar məsuliyyətə cəlb olnmalıdır. Necə ki, Rusiyada belə hallar olanda cavbdeh qurumun məmuruna qarşı səhlənkarlığına görə iş açılır, onlar məsluyyətə cəlb olunur.

Sumqayıtda insanlar sahibsiz itlərin əlindən səhər işə gedəndə və ələlxüsus axşam çölə  çıxanda və ya gecə evə gələndə dua edirlər ki, qabaqlarına it sürüsü çıxmasın. Çünki gecə azğınlaşmış küçə itləri adamı tək görüb hürərək hücum edir sürü ilə. Sahibsiz itlər qorxudan özünü itirən insanı rahatca parçalaya, ən azı dişləyə,qorxuda  bilər. Hüyvansevərlər çox vaxtı bu problem qaldırılanda və  küçə itlərə qarşı nəsə tədbir görüləndə sosial şəbəkələrdə kəskin etiraz edərək səhvən deyirlər ki, guya küçə itlərinə heç nə etməsən onlar insana hücum edən deyil, guya onlar zərərsizdirlər, məsumdurlar. Lakin ölkədə baş verən yüzlərlə faktlar bunun əksini deyir. Hər bir halda küçə itləri heyvandır.

Belə bir fikir var, ”it insanın dostudur”. İtin necə vəfalı və ağıllı olması həqiqətdir. Amma sahibsiz itlər haqda heç də birmənalı “dost” demək olmur.  Statistikaya görə, dünyada hər il təxminən 3,7 milyon insan itlərin hücumuna məruz qalır.

Ölkəmizdə hər gün orta hesabla 50-100 nəfəri it dişləyir. Qeyri-rəsmi daha çoxdur.

Qeyd edək ki, 2022-ci ilin 9 ayı ərzində respublika üzrə 28549 nəfər heyvan dişləməsi şikayəti ilə tibb müəssisələrinə müraciət edib. Müraciət edənlərin 23716 nəfəri it  tərəfindən zədələnməyə məruz qalanlardır. Qeyri-rəsmi rəqəmlər isə daha çoxdur.

Müraciətlərin ən çox olduğu yerlərdən biri Sumqayıt şəhəridir.

2023-cü ilin cari dövrü ərzində 3223 nəfər heyvan hücumuna məruz qalıb.

Bu barədə  Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, bunlardan 2676-sı it dişləmələridir.

Mərkəzdən qeyd edilib ki, heyvan dişləməsi nəticəsində 2 quduzluq hadisəsi baş verib.

Ötən il isə Respublika üzrə 36960 nəfər heyvan hücumuna məruz qalıb. Bunlardan, 30374 nəfəri İt dişləməsidir. 2022-ci il ərzində 1 quduzluq hadisəsi baş ve Bir neçə il əvvəl Sumqayıtda, 10-cu mikrorayon ərazisində it dişləməsindən 20 gün sonra 5 yaşlı Zeynəb Mikayılzadə quduzluq nəticəsində vəfat edib. Hücum edən it onu üz və alın nahiyəsindən dişləyib.

Çoxsaylı şikayətçilərdən biri- Sumqayıt şəhər sakini Aygün Ağayeva bir müddət mətbuata  bildirmişdi ki, “Əşya bazarı” adlanan ərazidə küçə itlərinin sayı çoxalıb: “Hətta, dekabr ayının (keçən il) 15-i, saat 16:00 radələrində həmin bu küçə itlərindən biri məni tutdu. Onsuz da uzun illərdir Sumqayıt küçələrində it sürüləri meydan suladığindan qorxurduq. İndi bu hadisədən sonra daha da həyəcanlıyam. Üç uşaq anasıyam. Övladlarım baxçaya, məktəbə gedirlər. Çox qorxuram onlara nəsə olar. Özüm isə 11 nömrəli tam orta məktəbdə işləyirəm və sözügedən ərazidən gün ərzində 2-3 dəfə keçməli oluram.  Yoldaşım da 2-ci Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda quduza qarşı müalicə alıram. Bir ana kimi sizdən xahiş edirəm məsələni ictimailəşdirin ki, şəhərdəki it problemini həll etsinlər. Bizim müraciətlərimizə aidiyyatı qurumlar baxmır”, – o qeyd edib.

Xaçmaz rayon Qaraçay-Cek kənd sakinlərinin küçə itlərinin hücumuna məruz qalması nəticəsində 4 nəfər (3-ü qadın, 1-i kişi) xəsarət alıb.

Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

Sahibsiz küçə itləri həm də yoluxucu xəstəliklərin mənbəyidir. Onlar psixoloji olaraq da sakinlərə mənfi təsir edir, insanlarda narahatçılıq doğurur. Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Məzun evi” nin qarşısında 3 və 5 yaşlı iki uşağa sahibsiz itlər hücum edərək ağır xəsarət yetirib. Təsadüfi deyil ki, 2 ay əvvəl Azərbaycanda itdən qorxan 13 yaşlı qız öldü. Hadisə Qubanın İkinci Nügədi kəndində baş verib. Kənd ərazisində it 2009-cu il təvəllüdlü qıza hücum edib. Hadisə qızın yaşadığı evin həyətində baş verib. Həmin hadisə zamanı it qızı qapmasa da, yeniyetmə ağır dərəcədə qorxub. Bildirilir ki, qız bundan sonra xəstəlik keçirib və hadisədən sonra səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və paytaxtdakı tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, qız İkinci Nügədi kənd 1 saylı orta məktəbin 8-ci sinif şagirdi olub.

4 ay əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində 41 yaşlı qadın sahibsiz itlərin hücumuna məruz qalıb. Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.
Digər fakt: Göygölün Xasabağı kəndində 84 yaşlı qadını küçə iti parçalayıb. Aldığı xəsarətlərdən qadın xəstəxanada dünyasını dəyişib.

Bu rəsmi faktların heç 1 faizi deyil. Qeyri-rəsmi isə sahibsiz itlərin hücumuna, cırmaqlamasına, dişləməsinə məruz qalanlar dəfələrlə çoxdur. Hansılar ki, tibb müəssisələrinə müraciət etmirlər.

Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirilməlidir. Bunun üçün Türkiyənin, Avropa ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır.

Avropanın şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edirlər

Paytaxtda mövcud olan sahibsiz itlərlə bağlı “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi var ki, sahibsiz itlərlə bağlı müəyyən işlər görür.
Araşdırma nəticəsində Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olduğu müəyyənləşib. Müqayisəli hesabla onda Sumqayıtda bəlkə də 100 mindən çox sahibsiz it var.

Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. Çünki it quduzdursa bu insanda quduzluq xəstəliyinə xəstəliyinə tutulur və vaxtında quduzluq əleyhinə vaksin vurulmasa bu ölümlə nəticələnir.

Sumqayitda hər gün onlarla adam küçə itlərinin hücumuna məruz qalır, itlərin insanları dişləməsi hadisəsi baş verir, amma bunun statistikası aparılmır. Sumqayıtda böyük təhlükə mənbəyi olan, insanların rahatçılığını pozan sahibsiz küçə itləri üçün sığınacaq yoxdur. Guya ki, sahibsiz itlər tutularaq paytaxtda yerləşən sığınacaqlara yerləşdirilir.

Problemin həlli, sakinlərin təhlükəsizliyi üçün Sumqayıtda  heç bir araşdırma, ictimaiyi müzkirə aparılmır, kinoloqların məsləhətlərinə, təkliflərə qulaq asılmır , nə icra hamiyyəti ,nə yerli FHN heç maarifləndiri tədbirlər keçirilımir. Ancaq elə primitiv olaraq iynə vurlur itlərə, ya da uzağı 1-2 dənəsi uzaqlaşdırılır küçələrdən və bunu mərbuata yayıb deyilir ki, bəs tədbir görülür.

Ekspertlər vətəndaşlara küçə itlərinin olduğu yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürlər. Amma bu da çıxış yolu deyil.
Sumqayıtda küçə itlərinin sayı tənzimlənməlidir, yoxsa bu surətlə şəhəri itlər tamamailə basacaq.

Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirilməlidir. Bunun üçün Türkiyənin,  Avropa ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır.

Paytaxtda mövcud olan sahibsiz itlərlə bağlı “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi var ki, sahibsiz itlərlə bağlı müəyyən işlər görür.
Araşdırma nəticəsində Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olduğu müəyyənləşib. Müqayisəli hesabla onda Sumqayıtda bəlkə də 100 mindən çox sahibsiz it var.

Sumqayitda problemlə birbaşa məşğul olan aidiyyatı qurum da yoxdur. Digər çıxış yolu kimi Sumqayıtın böyük şəhər olmasını nəzərə alıb standartlara uyğun sığınacaqlar açmaq olardı.

Mütəxəssilər bildirir ki, küçələrdə itlərin yemlənməsi yaxşı əməl kimni görünsə də düzgün deyil.Çünki sahibsiz itlər onlara yem verilən əraziyə öyrəşir və həmin yeri özünkü sayır və həmin ərazidən keçənə öz sərhədinin pozan kimi baxıb ona sürü psixologiyasına uyğun olaraq hücum çəkir. Bu səbəbdən Dubayda küçə itlərinə, pişiklərə, hətta göyərçinlərə yrm verənləri 140 dollar cərimə gözləyir.

Qeyd etmək lazımdır ki, soyuqlar düşdükdə küçə itləri bir az da aressivləşdiyindən vəziyyət daha da təhkükəli ola bilər.

Görəsən nə qədər adam sahibsiz itlərə görə ölməli,hücuma məruz qalmalı,nə qədər uşağı böyüyü dişləməlidir ki,icra hakimiyyəti hərəkətə keçib bu problemi yerli-dibli həll etməlidir. Küçə itlərinin küçələrdə qalması onların özləri üçün də təhlükəlidir. Çünki onlara qarşı da qəddarlıq halları da az deyil.

Məlumat üçün deyim ki, Belçika, Danimarka, Finlandiya, Almaniya, Hollandiya, Norveç, İsveç və İsveçrədə sahibsiz itlər yoxdur. Bu ölkələrdə ənənəvi olaraq yüksək səviyyədə nəzarət, geniş qanunvericilik, eləcə də əhalinin sosial məsuliyyəti var.

Hollandiyada heyvan hüquqlarını qoruyan qanun var. Məsələn burda sirklərdə vəhşi heyvanların istifadəsinə qadağandır (2015-ci ildən). Hollandiya dünyada heç bir sahibsiz heyvanın olmadığı ilk ölkədir! Buna nail olmaq üçün onlar küçə itlərini  məhv etməyiblər.

Buna 4 əsas dəyişiklikliklə nail olublar:

Heyvan hüquqlarının tətbiqi;

Ev heyvanlarına yüksək vergilər və nəticədə onlara sahib olmaq üçün balanslaşdırılmış yanaşma;

Heyvanlarla pis rəftara görə sərt və sərt cəzalar (heyvanlarla pis rəftar, 3 il həbs və 17 min avro cərimə);

Heyvanların kütləvi sterilizasiyası məcburidir.

Almaniyada 2002-ci ildən bəri heyvan hüquqlarının Konstitusiya ilə qorunduğu dünyada ilk dövlətdir. Almaniyada sağlam heyvanların evtanaziyası tamamilə qadağandır;

Heyvan saxlamaq üçün vergi verilir . Vergi məbləği adətən ildə 100-150 avro təşkil edir. İkinci və sonrakı itlər üçün vergi heyvanın ölçüsündən asılı olmayaraq 200 -300 avro olacaq. Pişiklər üçün vergilər  daha aşağıdır. Burada heyvanların mühafizəsi heyvansevər cəmiyyətlərinin yerli bölmələri tərəfindən idarə olunan dövlət sığınacaqları sistemi (dövlət büdcəsindən maliyyələşir) mövcuddur. Onların hamısı “məhdudiyyətsiz qəbul” prinsipi ilə işləyir.Avropa ölkələrinin əksəriyyətində öz ev itini küçəyə atanlara qarşı da neçə minlik cərimələr var.

Ümumdünya Heyvanları Mühafizə Cəmiyyətinin məlumatına görə , dünyada olan 500 milyon itin 75%-ə qədəri sahibsizdir.

2011-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində sahibsiz itlərin törətdiyi quduzluq epidemiyaları qlobal problemə çevrilmişdir  . Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə , yoluxma hallarının 99%-də ölümcül quduzluq xəstəliyin ötürülməsi mənbəyi sahibsiz itlərdir. Hər il dünyada 55 000-dən çox insan bu xəstəlikdən ölür. Sahibsiz it dişləmələri nəticəsində xəsarət alan təxminən 15 milyon insan xəstəliyin qarşısını almaq üçün hər il peyvənd olunur . İtlər tərəfindən insanlara ötürülən quduzluqdan ən yüksək ölüm səviyyəsi Hindistandadır , hesablamalara görə, orda 1992-2002-ci illərdə hər il 17-21 min insan bu xəstəlikdən ölüb ki, bunun da 96%-i itlərdən yoluxmuşdur .

İnternetdə mütəxəssislərin verdiyi bu məsləhətlər sizə faydalı ola bilər:

Sahibsiz it sürüsü ilə rastlaşarkən nə etməməli?

İIk növbədə özlərini “ağa” hiss etdikləri,daimi qaldıqları ərazilərdəki it sürüsündən yan keçin. Ələlxüsus ətrafda adam olmayanda. Əgər keçirsizsə çalışın itlərin aqressiv davranışa səbəb ola biləcək hərəkət etməyin. Qışqırsaz, qollarınızı yellətsəz, yüksək səslə danışsaz, aktiv jestlər etsəz, itin gözlərinin içinə baxsaz, iti hücuma təşviq edə bilərsiniz. Köpək sahibi ilə gəzirsə belə və bu köhnə tanışınız olsa belə, adama qəfil yaxınlaşmağa ehtiyac yoxdur. Köpək gözlənilməz bir salamı təhlükə kimi qəbul edə bilər.

Sizə hücum edən sahibsiz itlə qarşılaşdıqda nəyi etmək lazım deyil:

-Qışqırmaq

-Qollarınızı yelləmək;

-Göz təması qurmaq.

Sürü ilə əhatə olunsaz ilk növbədə nə etməli?

-Qorxunuzu büruzə  verməyin;

-Ətrafınıza baxın, özünüzü qorumaq üçün  ayağınızın altında daş və ya çubuq varsa, ani hərəkətlər etmədən qaldırın. Yanınızda bir ultrasəsli  qorxuducu kimi xüsusi vasitə varsa, onu çıxarın və istifadə etməyə hazır olun;

-Sürünün sizi əhatə etməsinə imkan verməyin. Kəskin hərəkətlər etməyin.Yavaş-yavaş uzaqlaşın;

-Yüksək, inamlı səslə “Fu”, “Geri!”, “Dayan!” kimi sözlərlə  qışqırmağa  hazır olun.

-Qaçmayın . Hətta kiçik bir ev iti qaçan adamı görəndə ovçunun instinktini işə salacaq, sahibsiz sürülər isə yırtıcı kimi arxanızca qaçacaq.

-Köməyə çağırın

Hansı itlər təhlükəlidir?

Soyuq havaların gəlməsi ilə vəziyyət pisləşir. Çöldəki temperatur nə qədər aşağı olarsa, sahibsiz itlər bir o qədər qəzəbli və təhlükəli olur. Xüsusən də sürülərə yığılanlar. Heyvanlar bir neçə səbəbə görə təcavüz göstərə bilər:

-Ərazi sərhədlərinin pozulması;

-Qida çatışmazlığı;

-aqressiv xarakter;

-Quduzluq.

Köpəklər sizə hücum etməyə  və dişləməyə başlasa nə etməli

Əgər aqressiv bir it sizə yaxınlaşırsa, bu anda heyvanlar artıq hürmür, heç bir halda ona arxa çevirməyin və qaçmayın. Gizlənmək üçün bir yol yoxdursa, arxanızla hər hansı bir obyektə: divara, dirəyə, hasara dayamağa çalışın ki, bir it və ya bir it sürüsü arxadan ətrafınıza keçməsin.

Hər hansı bir yük heyvanı kimi, itlər də arxadan hücum etməyi sevirlər. Bir itin üzərinizə gəldiyini görsəniz, əlinizdə olan əşyanı – paketi, portfeli, çantanı – nə olursa olsun qabağdaa tutmalısınız. O zaman it adama deyil, onun təklif etdiyinə yapışacaq. Əsas məsələ əşyanı əlinizdə tutmaqdır. İt onu qapsa, onu kənara atıb yenidən üstünüzə atılacaq. Ona görə it əşyaya yapışan zaman ona möhkəm təpik vurmaq olar ki, qorxub qaçsın. Hanısa əşyanı  tullamaq da olar ki, itin diqqəti ona yönəlsin və siz  vaxt uda bilərsiz. Amma bu zaman siz vaxt udmuş olacaqsınız.

İlkin Məmmədli