Dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşayış binasında partlayış baş verməsi səbəbi ilə xəsarət alan 1977-ci il və 2007-ci il təvəllüdlü şəxslər dekabrın 4-də, saat 20:00 radələrində Bakıda fəaliyyət göstərən özəl tibb müəssisəsindən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına təxliyə olunublar.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin nümayəndəsi Ramil Zeynallı məlumat verib.
Bildirilib ki, tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, xəstələrin vəziyyətləri ağır olaraq qalır.
“Oğlum ilə yoldaşımın vəziyyəti çox ağırdır, yaşama şansları yoxdur. Allahın ümidinə yaşayırlar, onun möcüzəsini gözləyirəm”, – deyə zərərçəkən söyləyib.
Qeyd edək ki, dekabrın 3-də Sumqayıtın 13-cü mikrorayon ərazisindəki beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Nəticədə ümumilikdə altı nəfər xəsarət alıb.
Ətraflı Baku TV-nin süjetində: