“Supertoys” oyuncaq mağazasının dövlətə 1.5 milyon manat vergi borcu varbackend

“Supertoys” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə “Yeni Gundem”-in İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Supertoys” MMC-nin vergi borcu 1 460 365.50 manatdır. Bu vergi borcu 16.09.2024-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, bu şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Xəqani Cəfərovdur.

SuperToys.az oyuncaq mağazası uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s. ölkələrdən müxtəlif brendlərin məhsulları idxal olunur.