Suraxanıda yol polisləri Novruz bayramını onlarla birlikdə qeyd etdi – FOTObackend

Suraxanı RPİ-nin DYP şöbəsinin əməkdaşları 2 saylı uşaq sığınacağında kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan 90-dan artıq uşağa bayram sovqatı çatdıraraq Novruzu onlarla birlikdə qeyd ediblər.

Bu barədə “Yeni Gundem”– ə verilən məlumata görə,təşkil edilmiş bayram şənliyində uşaqlarla yol hərəkəti qaydaları ilə bağlı viktorina və müxtəlif oyunlar keçirilmiş, onlara müxtəlif hədiyyələr paylanılmışdır.