Suriya Silahlı Qüvvələrinin hərbçiləri Hama şəhərinin ətraf ərazilərinə nəzarəti ələ keçirib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı “Al-Ikhbaria” telekanalı yayıb.
Bildirilib ki, Suriya ordusunun bölmələri ölkənin qərbində yerləşən bu ərazilərdə təhlükəsizliyi tam təmin ediblər: “Bu ərazilərdə terrorçular yoxdur”.
Xatırladaq ki, noyabrın 28-də “CNN” Suriyada müxalifət qüvvələrinin Hələbin qərbində hökumət qüvvələrinə hücum etdiyini yazıb. Hücum nəticəsində üsyançı qüvvələr çox sayda yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Noyabrın 30-da isə Suriyanın Müdafiə Nazirliyi silahlı qruplaşmanın Hələbin bir çox bölgəsinə daxil olduğunu açıqlayıb.