Nizami rayonu, Babək prospekti, (Baku Medical Plazanın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.