Süründürməçiliyə məruz qalmışam: Vətəndaş Vüqar Əhmədovun rəhbərlik etdiyi qurumdan ŞİKAYƏTÇİDİbackend

Göyçay şəhəri Ş.İ. Xətai küçəsi dalan 1 ev 1 sakini Hənifəyev Ehtibar Sabir oğlu bu rayonun Cəyirli kəndində yerləşən maqazini  üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına “Azərişıq” tərəfindən razılıq vermədiyi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir.

“Yeni Gundem”-ə daxil olan müraciətdə şikayətçi “Azərişıq” ASC-də baş verən özbaşınalıqlardan yazıb.

Vətəndaş bildirib ki, ona məxsus qanunu torpaq sahəmin üzərində xüsusi icazə alaraq inşa etdirdiyi maqazinin qarşısından yüksək gərginlikli elektrik xətti keçdiyi üçün  mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almırlar.

“Ancaq baxmayaraq ki, həmin yüksək gərginlikli elektrik xətti çoxlusayda ticarət və iaşə obyektlərinin qarşısndan keçir.Həttda “Azərişıq” ASC-nin əməkdaşları yerdə olub baxış keçirib və mənə göndərdiyi cavab məktubunda qeyd edib ki, həmin yüksək gərginlikli elektrik xəttinin kənara çəkilməsi mümkündür”.

Ehtibar Hənifəyev onu da qeyd edib ki, Göyçay-Bərgüşad yolunun kənarı ilə çəkilmiş yüksək gərginlikli elektrik xətti bir neçə yerdən yolun sağından-sol hissəsinə keçirilib.

“Mənim maqazin inşa etməyimə görə Göyçay Elektrik Şəbəkəsinn rəhbərliyi yerdə olub baxış keçirib razılıq verilməsinə dair akta imza etmişdir.İndi isə həmin qurum yüksək elektrik xəttinin keçməsini əsas gətirib maqazinim  üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün razılıq vermir. Buna görə süründürməçiliyə məruz qalmışam sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmirəm.

Mən mətbuat vasitəsi ilə “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədovdan xahiş edirəm maqazinimin qarşısndan keçən yüksək gərginlikli elektrik xəttinin kənara çəkilməsinə razılıq verib köməklik göstərsiniz”.

“Yeni Gundem” qarşı tərəfin məsələ ilə bağlı istənilən cavabını dərc etməyə hazırdır.