Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıbbackend

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda konfrans keçirilir.

“Yeni Gündəm” xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən hər iki ölkədən olan siyasi partiyaların nümayəndələri iştirak edirlər.

Konfransda əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.

Tədbir Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələrlə davam etdiriləcək.