“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumununkeçirilməsi, guya aclıqla blokada şəraitində yaşayan haydililərin bir addımlığında təşkili, dünyanın ayrı-ayrı ölkələrindən jurnalistlərin iştirakı Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasına endirilən ən ağır zərbə idi.
Bu sözləri “Yeni Gundem”–ə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev forumda Ermənistana bir neçə vacib mesajlar verib:
“Əgər hər hansı bir dövlət hayların və haydililərin iddia etdiyi kimi Rusiya hərbi kontingentinin müvəqqəti nəzarəti altında yaşayanlara qarşı etnik təmizləmə siyasəti yeritmək, onları blokada şəraitində saxlamaq niyyətində olsaydı bir addımlığına bu qədər jurnalist dəvət edib gətirməzdi. Təbii ki, bu baxımdan forum çox önəmlidir. Şübhəsiz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir çox açıqlamaları var ki, onlar çox mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımız bildirdi ki, Ermənistanda indiki reallığı dəyişmək niyyəti ilə yaşayanlar var. Onlar bilməlidirlər ki, bu yöndə cəhdlər onların xəyallarında ki, nəticələri verməyəcək. Reallıq dəyişəcək. Ancaq qarşı tərəf indikindən daha ağır reallığlarla üzləşəcək. Bu o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımayanlar bu yöndə cəhdlərini davam etdirib, toqquşmaya aparıb çıxaracaqlar. Qarşı tərəfin dərs çıxarmalı olduğu ikinci mesaj bundan ibarətdir ki, Azərbaycanın dövlət başçısı açıq şəkildə bildirdi ki, onlar anlamalıdırlar ki, heç bir dövlət gəlib bizim torpağımızda haylarla birgə bizə qarşı vuruşmayacaq. Yəni nə qədər tez sülh olacaqsa qarşı tərəf üçün də o qədər yaxşı nəticələr olacaq. Prezident İlham Əliyev ictimai barışığ məsələsinə də toxundu. Bunun sülhdən də önəmli olduğunu qeyd etdi. İctimai barışığ bir halda mümkündür. İndiyənə kimi, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən, vəhşiliklər edən və digər iyrənc əmməllərin sahibi olan Ermənistan dövləti və cəmiyyəti Azərbaycan dövləti və xalqından üzr istəməlidir. Ancaq bu halda normal qonşuluqdan danışmaq olar. Əlbəttə biz bununla da onların etdiklərini unutmamalıyıq. Bizim üçün son dərəcə mühüm olan amil də budur. Bu çağırışdan dərs çıxarmalıyıq. Həm dövlət, həm cəmiyyət, həm də ordu olaraq bizimlə düşmənçilik hissi ilə yaşayanlardan həmişə güclü olmalıyıq. Əks təqdirdə ötən əsrin sonlarında baş verənlər təkrarlana bilər. Cənab Prezidentin toxunduğu digər məsələ Azərbaycan -Ermənistan arasında danışıqlar prosesi idi. İki ölkə arasında danışıqların kimin vasitəçliyi ilə olmasından aslı olmayaraq bütün keçirilən görüşlər ancaq ikitərəflidir. İkitərəf arasında aparılan danışıqlardır. Danışıqlar predmeti Azərbaycanın istədiyi yöndə olmalıdır. Çünki biz müharibədə qalib gəlmişik və irəli sürdüyümüz tələblər beynəlxalq hüquq normalarına söykənir”,-deyə o qeyd edib.
Fərahim Rəhimov