Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var: İndi Şuşasıfırdan yenidən qurulurbackend

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir.  Buna görə ki, 44 günlük Vətən savaşında qəhrəman oğullarımız birbaşa Qarabağın ürəyi, gözü Şuşaya doğru şığıdılar.Bu füsunkar şəhər uğrunda ölüm-dirim savaşına qalxdılar, sıldırımlardan aşaraq, yalın əllə mənfur düşmənin üzərinə yürüyüb qarşılarında diz çökdürdülər.

Azərbaycan oğulları bu dağlar incisini elə bir cəsurluqla azad etdilər ki,min illər bundan sonra da onların qəhrəmanlıqlarından danışılacaq, adlarına dastanlar, əfsanələr qoşulacaq.

Azərbaycan xalqı Şuşanı hər zaman öz mənəvi paytaxtı hesab edib, tarixin , mədəniyyətin beşiyi sanıb, əzəməti ilə qururlanıb varlığı ilə öyünüb.

Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv ediblər

. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.

Bu gün işğaldan azad olunan Şuşamız dirçəlir. Alınmaz qala, Qarabağın tacı, mədəniyyətimizin beşiyi Şuşa Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biridir. Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.

Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə, yaxın 18 il ərzində – yəni, 2040-cı ilədək ərazisi 5,5 kvadrat/kilometr olan şəhərdə 23 min nəfər sakinin yaşaması nəzərdə tutulur.

Şuşanın statusunu  sadəcə mədəniyyət paytaxtı, turizm mərkəzi və və muzey-şəhər kimi məhdudlaşdırmaq yanlış olardı. Onun Qarabağın siyasi-diplomatik, elmi-mədəni mərkəzi kimi infrastrukturu, iş həyatının cəlbediciliyi və funksionallığı ilə energetik, qaynar  bir şəhərə, ətraf şəhərlərdən yalnız relyefi ilə deyil, bütün parametrləri ilə bir boy öndə olmasına ehtiyac var. Siyasi coğrafiya bunu diqtə edir.  Amma 23 minlik şəhər məskunlaşma və uyğun resursları baxımından  çətin ki, belə bir  status iddiasına düşsün.

İğaldan azad olunmuş bütün ərazilərin ümumiplanının qısa müddət ərzində hazırlanması təminolunub. Ağdam və bir çox digər şəhər və kəndlərinBaş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsiisə davam etdirilir. Baş planların hazırlanmasızamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşılenerji” və təmiz ətraf mühit, sənaye və kəndtəsərrüfatının kompleks inkişafı, turizmpotensialının geniş reallaşdırılması və digər bukimi məsələlər prioritet götürülüb. Azərbaycanınuzunmüddətli inklüziv inkişaf modelinə uyğunolaraq işğaldan azad edilmiş ərazilərdə müasiristehsal infrastrukturunun yaradılması, müasirtexnologiyaların tətbiqinə yönəlmiş investisiyalarıncəlb edilməsi, bölgənin potensialının effektivreallaşdırılması əsas hədəfdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında bu məsələlərə xüsusi diqqət yetirilir.

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ AYGÜN MANSUROVA MUSA QIZI