“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi paytaxtdakı klinikalardan birindən məscidə aparılıb. Oxu.Az xəbər verir ki, dini mərasimlərin icrasından sonra cənazə Novxanı qəsəbəsindəki evinə gətirilib.
Hazırda vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Tağı Əhmədov sabah günorta saatlarında Əhmədli qəbiristanlığında dəfn olunacaq.
Ətraflı Baku TV-nin süjetində: