Tahir Salahovun qızı vəfat etdibackend

Azərbaycanın Xalq rəssamı Tahir Salahovun qızı Alagöz Salahova vəfat edib.

Bu barədə A. Salahovanın oğlu Dan Salahov sosial şəbəkə hesabında məlumat verib.

O, anasının 6 ay ölkə xaricində və Bakıda xəstəxanada, müalicədə keçirdiyini bildirib.

Alagöz Salahovun dəfn mərasimi sentyabrın 21 – də Bakıda keçiriləcək. Vaxt və məkan barədə daha sonra məlumat veriləcək.