Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovla bağlı ilginc iddiaların yer aldığı məqaləni dünən dia-az.info olaraq diqqqətinizə təqdim etmişdik.
Yazı burada: Taleh Bəşirov torpağına əl qoyduğu köçkünlərin yuxusunu da əlindən aldı – NARAZILIQ VAR…
Məqalənin davamında deyilir:
“Taleh Bəşirovla bağlı faktlardan biri də budur ki, şöbə müdiri zəbt etdiyi köçkün düşərgəsində villalar inşa etmək üçün onlarla ağacı ağır texnika vasitəsilə məhv edib. Məcburi köçkünlər onlar tərəfindən əkilən və əsasən meyvə ağaclarından ibarət olan yaşıllığın məhvinə etiraz etsə də, onların etirazına məhəl qoyan olmayıb.
Taleh Bəşirov son bir neçə ildə əkilən ağaclarla yanaşı, sovet dönəmində əkilən onlarla ağacı da məhv edib. Lakin məcburi köçkünlərin ağacların məhvi ilə bağlı artan etirazından sonra məsələyə əlaqədar dövlət qurumlarının qarışacağından ehtiyat edən şöbə müdiri digər ağacların məhvini təxirə salıb. Məqsəd əraziyə baxış keçiriləcəyi təqdirdə səlahiyyətli şəxsləri yaşıllıqların məhv edilmədiyinə inandırmaq, onlara “dərman üçün” bir neçə ağac təqdim etməkdir”.
Dia-az.info bildirir ki, sonda məqalə müəllifi olan narazı vəttəndaşlar media nümayəndələrinə çağırışda da bulunurlar: “Sizi Novxanı çimərliyi “Sarıqaya” yaşayı massivi “Metallurq” düşərgəsinə gələrək baş verənləri öz gözlərinizlə görməyə çağırırıq. Düşərgə “Spring” otelden bir kilometr uzaqlıqda yerləşir. Bura gəlsəniz əmin olacaqsınız ki, ölkədə şahlıq edən qanun yox, Taleh Bəşirovdur…”