Tamam Cəfərovanın seçki kampaniyası uğurlu getmir:Deputatlığa namizədin “DƏMİR YUMRUĞ”a hörmətibackend

88 saylı Şamaxı seçki dairəsindən namizəd olan IV çağırış Milli Məclisin deputatı Tamam Cəfərovanın seçki kampaniyası o qədər də uğurlu getmir.

“Yeni Gundem” xəbər verir ki, Şamaxıdan daxil olan məlumata görə, seçicilər Tamam Cəfərova ilə görüşə, demək olar ki, getmirlər. O, yalnız inzibati resursların hesabına görüşlərinə adam toplaya bilir.

Tamam Cəfərovanın çətinliklə üzləşməsi həm də 88 saylı dairədən namizədliyini irəli sürən Rauf Qurbanov faktoru ilə əlaqələndirilir.

Qeyd edək ki, IV çağırış Milli Məclisin Şamaxıdan deputatlığa namizədi Tamam Cəfərovanın bir müddər öncə sosial şəbəkələrdə yayılan şəkli xeyli marağa səbəb olmuşdu.

Belə ki, ölkə başçısına aid olan kitabı gizlədib şəkil çəkdirən deputat sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmamışdı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:

Yenigundem.az