8 saylı Binəqədi birinci seçki dairəsindən Ümid Partiyasının deputatlığa namizədi olan Tamilla Qulaminin seçicilərlə görüşü aktiv şəkildə davam edir.
Seçicilər indiyədək Azay Quliyev adlı deputatlarını görmədiklərini, tanımadıqlarını, növbəti seçkilərdə Tamilla Qulamiyə səs verəcəklərini vurğulayıblar.
Tamilla Qulami eal online sorğularda da Azay Quliyevi üstələyir.
Məsələn, Reaksiya Media Groupun Telegram kanalında keçiriləm sorğuda Tamilla Qulami 47 faizlə digər 12 namizədi geridə qoyub.
İlləridir deputat olan Azay Quliyev isə 5 faiz səs toplaya bilib.
Bundan əlavə mandat.az saytında Tamilla Qulami ilk sıranı əldən verməmiş, 3199 səslə qalib gəlmiş, Azay Quliyev isə 272 səs toplamışdı.