“TamStore” supermarketlərinin sahibi olan “Tam Store” MMC “Avrora Qrup” tərəfindən 2023-cü ildə yaradılıb. Şirkət 1 il ərzində 30-a yaxın supermarket açılıb və yəqin ki, getdikcə sayı artacaq. Belə marketlərin sayının çox olması rəqəbət baxımından yaxşıdır. Ən azı müştəri cəlbi üçün müxtəlif kampaniyalar həyata keçirirlər. Sadəcə, diqqətimi çəkən belə pərakəndə ticarət obyektlərinin kütləvi şəkildə eyni anda açılmasıdır.
“Yeni Gundem”-in xəbərin görə, bunu iqtisadçı Samir Əliyev bildirib.
“Adətən şirkətlər supermarketlərinin sayını tədricən artırır. Amma “TamStore” marketləri bazara tam hakim olmamış böyük şəbəkə şəklində bazara daxil olur. Bu marketlərə yolum düşməyib və bilmirəm digərlərindən fərqli nə təklif edir. Ancaq çox riskli addım atıblar”, – o qeyd edib.
Sosial şəbəkə istifadəçilər bildiriblər ki, “TamStore” digər mağazalar şəbəkələrindən fərqli iş ortaya qoymayıb.
Vurğulanıb ki, şəbəkənin belə sürətlə artmasının heç bir iqtisadi əsaslandırması yoxdur.