Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var – VİDEO – YENİLƏNDİbackend

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Bu barədə “Yeni Gundem”-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

09:25

Aparıcı Aytən Səfərova ağır qəza keçirib.

Bu haqda televiziya ulduzu Bizim.Media-ya açıqlamasında bildirib.

A.Səfərova qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Hazırda müayinə üçün o, “Respublika Neyrocərrahiyyə Xəstəxanası”na yerləşdirilib. Aparıcı səhhətinin ağır olduğunu qeyd edib.