ARB TV-də yayımlanan “Üçəlli” proqramının yayımı dayandırılıb.
“Yeni Gundem” xəbər verir ki, şairə Nazilə Səfərli sözügedən proqramın efir vaxtında yeni verilişlə tamaşaçı qarşısına çıxıb.
“Ona qalsa” adlanan layihə həftənin beş günü yayıma çıxacaq. Məlum olub ki, “Üçəllinin” bağlanması ilə yanaşı proqramın aparıcısı Ülvi Həsənli də işdən uzaqlaşdırılıb.
İddia olunur ki, buna səbəb aktyor-aparıcının bir neçə gün bundan əvvəl intim görüntülərinin yayılmasıdır. Lakin ARB yayılan məlumatlarla bağlı rəsmi açıqlama verməyib.
Verilişin digər aparıcılarından olan Əli Mirəliyev isə yeni layihə üzərində çalışmağa başlayıb. O da həftədə bir dəfə tamaşaçı qarşısına çıxacaq.