Aparıcı Mikayıl Güləddinoğlunun “Space”də yayımlanan “Sevimli mahnı” proqramının yayımı dayandırılıb.
“Yeni Gündəm” xəbər verir ki, axsam.az-ın əldə etdiyi məlumata görə, aparıcı kanaldakı işindən uzaqlaşdırılıb. Onun verilişi də artıq bir müddətdir efirə getmir.
Qeyd edək ki, Mikayıl 10 ilə yaxındır “Space” telekanalında çalışırdı.