Tanınmış aparıcı xanımını belə təbrik etdi – FOTObackend

“06.06.2015-ci il tarixində “Ailə” adlı kitabın müəllifi olmaq qərarına gəldik. 8 ildir ki, yeni səhifələri yazmaqdayıq”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri aparıcı Emil Şahzadə sosial şəbəkədə xanımı Könüllə olan fotosuna yazıb. O, evlilik ildönümləri olduğunu vurğulayıb:

“Əzizim, bu kitabın əsas qəhrəmanı və ömür-gün yoldaşı olduğuna, mənə ata sevincini yaşatdığına görə sonsuz minnətdarlığımı bildirirəm. 8 rəqəmi sonsuzluğu simvolizə edir. Sənə olan sevgim və hörmətim tək, istəkli Könülüm!”.

Qeyd edək ki, cütlüyün bir qız, bir oğul övladı var.