2008-ci ildən fəaliyyət göstərən Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
“Yeni Gundem”-in məlumatına görə, bu vəzifə tanınmış idman jurnalisti Elşən Məmmədova həvalə edilib. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.
E.Məmmədov “Report”a açıqlamasında məlumatı təsdiqləyərək, etimadı doğrultmaq üçün can-başla çalışacağını söyləyib.
Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında – “Şərq” və “Futbol+” qəzetləri, APA Sport, Lent.az və “Report” İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb, “Tərəqqi” medalı ilə təltif olunub.
E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 9 il “İlin Qalibləri” layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.