Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev vəfat edib.
”Yeni Gundem” xəbər verir ki, bu barədə Dağıstan müftiliyi məlumat yayıb.
İsmayıl Berdiyev 27 fevral 1954-cü ildə Qazaxıstan SSR-in Belye Vodı kəndində anadan olub. Təhsilini Buxarada Miri Ərəb mədrəsəsində, Daşkənd İslam İnstitutunda və Misirin Qahirə Əl-Əzhər Universitetində alıb.
O, 1989-cu ildə Stavropol Karya Müsəlmanları Kazyatının sədri seçilib. 1991-ci ildə Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri olub. 2003-cü ildə Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri seçilib. 2004-cü ildə Prezident yanında Dini Qurumlarla Əməkdaşlıq Şurasının üzvü olub. 2024-cü ilin fevralında IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.