Tanınmış Prodüser – rejissor Minarə Əskərova ölkə başçısına  MÜRACİƏT ETDİ- VİDEObackend
Bu gün tanımış prodüser – rejissor Minarə Əsgərovanın evində qonaq olduq.

Həmkarımıza ziyarətimizin səbəbi 2-ci qrup əlil olan Minarə xanımın  sosial vəziyyətinin ağır olması, əlilliyi və şəxsi mənzilinin olmamasını nəzərə alaraq dövlət hesabına mənzillə təmin olunması üçün bir qrup ziyalı, ictimai xadim və tanınmış jurnalistlər ölkə başçısı cənab İlham Əliyevə müraciət ilə bağlı oldu.
Müraciətdə bildirir:
“Hörmətli cənab Prezident!
Əskərova Minarə Balaşah qızı 28.06.1979-cu il tarixində Bakıda anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininin “Kütləvi Tədbirlər və Tamaşalar Rejissoru “ ixtisasından qırmızı diplomla məzun olub.
Yaradıcı fəaliyyətə ilk dəfə “Space” telekanalında ştatdankənar prodüser kimi başlayaraq daha sonra müxtəlif illərdə fəaliyyətini “Lider” telekanalında və “Soy Production”da davam etdirib.
02.05.2006-cı il tarixindən etibarən isə İctimai Televiziya və Radio Yayımları Şirkətində prodüser vəzifəsində çalışır. Artıq 18 ildir ki, bu televiziyada fəaliyyət göstərir. İctimai televiziyada iş fəaliyyəti dövründə “23 Nisan Uluslararası Çocuk Festivali”, “Biz belə əylənirik” verilişlərinin həm ssenari müəllif, həm də prodüseri kimi çalışıb. “Gənclik həyatı”, “Biri varmış, biri yoxmuş”, “Darıxan adam” (sənədli film), Mir Mövsüm Nəvvab” (sənədli film), H.Z.Tagıyev (sənədli film), “Keçmişdən salam var”,” Yadigarlar”, “Növbədəkilər”, “Nübarlı bağ”, “Din və cəmiyyət” , “Film-media” kimi telelayihələrinin prodüser olub. Hal hazırda İctimai kanalda yayımlanan ” Yaddaş” verilişinin prodüseridir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Əlil arabasında idman rəqsi” üzrə Beynəlxalq Festivalın təşkilində prodüser kimi çalışıb, xüsüsı mükafata layiq görülüb. Olimpiya hərəkatının genişlənməsi, sağlam və fəal həyat tərzinin təşviqi, həmçinin bədən tərbiyəsi və idmanın geniş ictimaiyyət arasında təbliğində göstərdiyi fəaliyyətə görə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi tərəfindən təltif olunub.
2016-cı ilin əvvəlində səhhətində ciddi problemlər yaranıb. Həmin ilin fevral ayında Respublika 1 saylı Kliniki Xəstəxanası tərəfindən ona “Yuxarı saggital sinus və falksın orta 1/3-ni diqnozu qoyulub.
2016-cı ilin 24 fevral tarixində Neyrocərrahiyyə Xəstəxanasında “Oraqşəkilli struktur meningioması” diaqnozu ilə əməliyyat edilib. Əməliyyatdan sonra “Sol dərin hemiparez epileptik sindrom və təpə nahiyəsinin sümük defekti” diaqnozu qoyulub və sol tərəfi iflic olub.
2016-cı ilin 10 oktyabr tarixində yenidən Neyrocərrahlıq Xəstəxanasında “Sümük defektinin öz sümüyü ilə plastikası, sərt qişa defektinin sümüküstülüyü ilə plastikası və likvor balışının ləğvi” üzrə əməliyyat keçirib.
22.12.2016-cı il tarixində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə nəticəsində ona ikinci dərəcəli əlillik verilib.
2018-ci ilin sonlarında artan qıcolmalar yenidən səhhəti ağırlaşıb, 25.10.2018-ci il tarixində Respublika 1 saylı Kliniki Xəstəxanasında belə bir diaqnoz qoyulub: “Sol təpə nahiyəsində falksin 14x23x32 mm-ə yaxın ölçülərdə parasaqqital meningeal düyünü aşkar edildi”.
Bununla bağlı Heydər Əliyev Fonduna müraciət edib. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın köməyi ilə Türkiyə Respublikasında əməliyyat olunmaq üçün xərcləri qarşılanıb.
Beləliklə, 07.01.2019-cu il tarixində “serebral beyin qişasının xoşxassəli neoplazması” diaqnozu ilə Türkiyənin Medical Göztepe Hastanesinde fizioterapiya və reabilitasiya müayinəsi alıb.
08.01.2019-cu il tarixində “oraqşəkilli struktur meningioması” diaqnozu ilə Türkiyənin Medical Göztepe Hastanesinde “Gamma-Knife” şüa cərrahiyyəsi əməliyyatından keçib.
14.01.2019-cu ildə “serebral beyin qişasının xoşxassəli neoplazması, hərəkət çətinliyi, digər yerdə təsnif edilməyən spastik hemiplegiya” diaqonzu ilə Türkiyənin Medical Göztepe Hastanesinde Botox müalicəsi alıb. Müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
İllər sonra 2023 çi il tarixində yenidən xəstəxanaya yerləşdirilir.  İki ağır əməliyyat olunur ( hər iki süd vəzilərinin tamamilə götürülməsi və  implant qoyulmasi  ). Bütün bu əməliyyatlarınin xərclərini   Heydər Əliyev fondu öz üzərinə götürür.
Sağlamlığında yaranan bütün bu problemlərə rəğmən yenidən iş fəaliyyətinə qayıdıb. Buna onu məcbur edən ailəsinin maddi ehtiyacı, uşaqlarının azyaşlı olması ilə bərabər işinə, yaradıcılığa olan sonsuz sevgisidir. Ailəlidir, iki övladı var. Həyat yoldaşının daimi iş yeri yoxdur ( taksi sürücüsüdür). 16 yaşlı qızı, 14 yaşlı oğlu var. Aztəminatlı ailələr sırasına daxildirlər, amma buna görə də sosial yardım almırlar. Hazırda yaşadıqları yer  nəmişlik və rütubətliliyi hədsiz dərəcədə olan, özünə məxsus olmayan zirzəmidir. Bu şəraitdə yaşamaq həm övladlarının, həm də əvvəldə  və sağlamlıq vəziyyətinə görə ev almağa imkanı çatmır.
Minarə Əsgərovanın video müraciətini təqdim edirik: