Tanınmış telejurnalist vəfat etdibackend

Rusiyalı tanınmış telejurnalist Nikolay Svanidze vəfat edib.

69 yaşlı telejurnalist ötən gecə dünyasını dəyişib.

Son illərdə beyin işemiyasından əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, 1991-ci ildən Svanidze bir sıra tarixi televiziya proqramlarının və filmlərinin müəllifi və aparıcısı olub. “Təfərrüatlar”, “Təzadlar”, “Zaman məhkəməsi”, “Tarixi proses” verilişlərinə aparıcılıq edib. O, həm də “Zerkalo” proqramının müəllifi olub./APA