Masallı rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan rayon sakini Məhəmməd Əhədzadənin etibarnaməsinin və sürücülük hüququnun olmadığı, avtomobilin isə tanışı tərəfindən günlük kirayəyə götürüldüyü müəyyən edilib.
Bundan əlavə, həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, M.Əhədzadənin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.