Tarix yazan və Qalib lider İlham Əliyevbackend
Bu gün 24 dekabr tarixi – vətənini, dövlətini, millətini sevən hər bir insan üçün əlamətdar gündür! Bu gün Ali Baş Komandanımızın, liderimizin doğum günüdür !
Biz Azərbaycanımızın öz qədim torpaqlarına qovuşduğunun şahidiyik.
Halbuki neçə illər əvvəl xalqımız ümidsizlik və çarəsizlik içində idi.
Biz artıq Azərbaycanımızı çarəsizlik içindən xilaskar kimi Ulu Öndər Heydər Əliyevin böyük səyləri , nüfuzu, uzaqgörənliyi sayəsində xilasının şahidi olmuşuq!
Bu gün isə atadan oğula keçən müqəddəs miras kimi ötürdüyü missiyasını davam etdirmək borcunu oğluna əmanət etmiş Ulu Öndərin arzu, diləkləri həyata hasil oldu!
Bu gün Ölkə Prezidenti zəfər və qəhrəmanlıq simvoluna çevrildi. İlham Əliyev müasir dövrün sərkərdəsidir!
Biz bu cür qəhrəmanlıqları dastanlarda, əfsanələrdə oxuyurduq. Bu gün isə Ulu sərkərdə, ona inanan xalqı və əzəmətli qoşunları sayəsində qələbə qazandı!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir.İlham Əliyevin siyasi xəttinə, fəaliyyətinə nəzər saldıqda ,onun bir Lider -siyasi xadim kimi etdiklərini nəzərdən keçirəndə heyrətə gəlməmək mümkün deyil. Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir.
Ən çıxılmaz məqamlarda belə, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə Ölkə rəhbəri qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır. Dövlətinin məsuliyyətini daşımaqla yanaşı, həmçinin beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malik müasir dövr liderlərdəndir.
Siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini sadəcə özü bilir. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Zəfərlə bitən vətən müharibəsində də bunu bir daha hər kəsə sübut etdi. Sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir.
Bu gün 24 dekabr tarixi – vətənini, dövlətini, millətini sevən hər bir insan üçün əlamətdar gündür! Bu gün Ali Baş Komandanımızın, liderimizin doğulduğu gündür!
Hörmətli Cənab Prezident!
Sizi, Ali Baş Komandanımızı, milli dəyərlərimizin qoruyucusunu, gözəl ailə başçısını öz adımdan və Babək-Naxçıvan-Culfa seçiciləri adından ürəkdən təbrik edir, Azərbaycan xalqı üçün etdiklərinizə görə dərin minnətdarlığımızı bildiririk!
Ali dövlətçilik missiyasının həyata keçirməsində Sizə daima uğurlar arzu edir, Allah dövlətimizi, xalqımızı və müdrik liderimizi hər zaman müzəffər etsin deyirik !
Ülviyyə Həməzyeva 
Millət vəkili