İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur.
Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir.
Azərbaycan Respublikasına Rusiya Prezidenti V.V.Putinin 9-10 yanvar 2001-ci il tarixli rəsmi və 21-22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya Prezidenti D.A.Medvedevin 3-4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri baş verib.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət etməməsi həmin vaxt Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Bakı Slavyan Universitetindəki tədbir zamanı qınanılıb.
22 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzaladılar, hansı ki Azərbaycan və Rusiyanın münasibətlərin “müttəfiqlik səviyyəsinə” çıxması demək idi.
13 oktyabr 2022-ci ildə İlham Əliyev Astanada Vladimir Putinlə görüş çərçivəsində həmçinin qeyd edib ki, Azərbaycan və Rusiyanın münasibətləri “ən yüksək səviyyəyə – müttəfiqlərin qarşılıqlı fəaliyyəti səviyyəsinə çıxıb”.
Hal hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizm İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. Komissiyanın həmsədrləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və RF Baş nazirinin müavini Aleksey Overçukdur. 26 aprel 2022-ci ildə Bakıda Mustafayev və Overçukun iştirakı ilə Hökumətlərarası komissiyanın sonuncu iclası keçirilib, iclasın gedişatında tərəflər Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnun olduqlarını bildiriblər.
Rusiya ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələr artan xətt üzrə inkişaf edir. 2005-ci ildə Rusiyada Azərbaycan ili, 2006-cı ildə isə Azərbaycanda Rusiya ili çərçivəsində ümumilikdə 110 tədbir keçirilib. 2006-cı ilin dekabrında 2007-2009-cu illər üçün humanitar sahədə əməkdaşlıq üzrə Dövlətlərarası proqram qəbul olunub.
Moskvada, XTNS (VDNX) məkanında, 1939-cu ildə tikilmiş “Azərbaycan” pavilyonu fəaliyyət göstərir. 2019-cu il noyabrın 23-də yenilənmiş “Azərbaycan” pavilyonunun açılış mərasimi keçirilib, hansında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak etmişdir.[17] Meydançada mütəmadi olaraq müxtəlif mədəni tədbirlər keçirilir. Məsələn, 10-11 sentyabr 2022-ci ildə pavilyonda Moskva Gününə həsr olunmuş “Moskva-Bakı: sevginin iki şəhəri” festivalı keçirilib.
2006-cı ildən etibarən Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğludur.
2018-ci ildən etibarən Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov olub.
Gülzar Cavadzadə Qurban qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti