Tarixin sirlərini yaşadan turizm şəhəri – FOTObackend

Şərqin hələ kəşf etmədiyimiz çoxsaylı şəhərləri var. Dünya hələ də ilk sivilizasiyanın yarandığı bu yerlərdən məlumatsızdır. Bəlkə də dünyanın hələ də axtardığı cənnət elə yer üzərindədir.

Şərqin daha bir cənnəti sözsüz kəşf edilməyən Türkiyədə olan Halfetidir. Şəhər özünəməxsus gözəlliyə və uzun tarixə malikdir. Rəvayətə görə, Halfeti dünyada qara qızılgüllərin bitdiyi yeganə yerdir – bu qızılgülləri yerli sakinlər “Ağlayan ərəb qızı” kimi tanıyırlar. Güllər yaz və payızda çiçək açır.

Halfeti bu gün iki hissəyə bölünür: köhnə və yeni şəhər. Ferma evləri, məscidlər və s. Binaların yerləşdiyi köhnə şəhər 2000-ci ildə Fərat çayı üzərindəki Birecik bəndinin tamamlanması ilə sular altında qaldı. Halfeti sakinləri təqribən 15 km aralıda yerləşən “Yeni Halfeti” adlanan yeni şəhərciyi tikib köçməyə məcbur olublar. Bu arada su basan qəsəbə “Köhnə Halfeti” kimi tanınmağa başlayıb.

Şəhərin tarixi eramızdan əvvəl 855-ci ilə, Assuriya kralı II Şalmaneserin qəsəbənin əsasını ilk dəfə qoyduğu vaxta gedib çıxır. Roma dövründə “Akamai” adı ilə bir yaşayış məntəqəsi inkişaf etmiş və sonralar bu yaşayış məntəqəsi “Romaion Koula” (Roma qalası) terminindən “Koyla” adını almışdır.

Roma dövründən sonra bu bölgədə çoxlu sivilizasiyalar, o cümlədən eramızın 6-cı və 8-ci əsrləri arasında bölgəni idarə edən Sasanilər, Ərəblər, Əməvilər və Abbasilər hökmranlıq etdi. XI əsrdə Səlcuqlular Halfeti ələ keçirdilər, XVI əsrdə isə Osmanlı İmperiyasının tərkibinə daxil oldular.

2000-ci illərdə Birecik bəndinin tikintisi ilə sular altında qalan və hazırda köhnə və yeniyə bölünən Halfeti turizmin sevimli yerlərindən biridir. Fərat çayı sahillərində qurulan restoranlar, kafelər, sosial obyektlər və qayıqlar… Yerli əhali dolanışığının çox hissəsini turizmdən qazanmağa başlayıb . Bölgədə qayıq turları çox populyardır. Savaşan körfəzindəki yarı batmış minarə ən təsirli mənzərəsi olan nöqtələrdən biridir.

Gəmi gəzintisi zamanı gələnləri başqa bir gözəllik, Rumkale qarşılayır. İncilin 12 həvari tərəfindən yazıldığını və buna görə də birdən çox İncil olduğunu düşünənlər, həvarilərdən biri olan Yəhyanın məzarının Rumkaledə olduğuna və burada öz İncilini yazdığına inanırlar. Sıldırım qayaların üzərində tikilmiş Rumkale hələ də tikintisi və niyə orada olması ilə bağlı sirrini qoruyur.

Bu torpaqların əslində mühüm və unikal xüsusiyyəti var. Halfeti dünyada Karagülün böyüdüyü yeganə yerdir . Bölgənin torpaq quruluşu və yerdən gələn suyun PH dəyəri sayəsində bənzərsiz olan “Mesopotamiya sümbülü” olaraq da tanınan “Ağlayan Ərəb qızı” Karagül yalnız yaz və payız aylarında çox az sayda çiçək açır.

Halfetiyə Cittaslow Beynəlxalq Komissiyası Komitəsi tərəfindən “yavaş şəhər” mənasını verən cittaslow titulu verildi. Gizli cənnət və itirilmiş şəhər olaraq getdikcə daha çox diqqət çəkən Halfeti , Şanlıurfa səfərlərinin mütləq görməli yerlərindən biridir. Siz də bu cənnəti görmək istəyirsinizsə mütləq Türkiyəyə səfər edin.