Tariyel Əkbərovun uğursuz reklam siyasəti – Müəllimlərdən on manat yığılması tapşırılıbbackend

Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin direktoru Tariyel Əkbərovun özbaşınalıqları haqqında silsilə yazılarla oxucularımız kifayət qədər tanışdır.

Direktordan olan haqlı şikayətlər əsasında aidiyyəti qurumlara ünvanlanan şikayətlər əsasında aldığımız bilgilərə görə, məktəbdə ciddi yoxlamalar aparılıb.

Şikayətlərdə deyilir ki, direktor Tariyel Əkbərov adıçəkilən məktəbdə dərs bölgüsünü düzgün aparmayıb, müəllimlərlə etik davranış qaydaları pozulub. Şagirdlərin dərsə davamiyyəti, jurnalların vaxtlı-vaxtında yazılmaması, daha onlarla belə faktları direktor və onun müavinləri gizlətməyə çalışsalar da buna nail ola bilməyiblər.

Analoq.az-a verilən məlumatlardan birində o da əks olunub ki, Tariyel Əkbərov məktəbdə rus bölməsində 1(q) sinfi yaratsa da, bu sinfin olmasını sübut edən heç nə yoxdur. Adı olub özü olmayan sinif Tariyel Əkbərovun apardığı “təhsil islahatları”ndan biri hesab olunur. Hansısa səbəblərdən cırılıb zibil qabına atılan jurnal da direktorun təhsil sahəsində əldə etdiyi növbəti “uğur”lardan biridir.

Analoq.az-a daxil olan məlumatda o qeyd olunur ki, direktor Tariyel Əkbərov ötən gün məktəbin ibtidai korpusunda keçirdiyi iclasda təmtəraqlı çıxış etməklə yadda qalıb. Geriyə qalan isə iclasa ayrılan vaxtla müəllimlərin dəyərli vaxtını əlindən alınması olub.

İclasda çıxış edən direktor bildirib ki, məktəbin tanıdılması üçün reklam rolikinin çəkilməsi vacibdir. Bunun üçün müəllimlərə 10 manatdan pul yığmağı tapşırıb. Eyni zamanda müəllimlərin sosial səbəkələrə girişinə daxil olmağı da qəti şəkildə qadağan edib. Hətta buna görə müəllimlərin dərs saatını kəsəcəyinə söz verib. Düşünürük ki, reklam rolikinin çəkilməsi üçün yığılan pullara məktəbin müəllimi Fatma Mansurova yenə canfəşanlıq edəcək. Ona görəki mart ayında direktorun ad günü üçün 20 manatdan məhz Fatma Mansurova pul yığmışdı. Fatma xanıma bu cür işlərdə uğurlar və müvəffəqiyyətlər arzu edirik.

Analoq.az vasitəsilə Tariyel Əkbərovun nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, məktəbdə olan müəllimlərdən pul yığıbreklam roliki çəkdirməyə dəyməz. Keyfiyyətli reklam rolikinin çəkilməsi üçün kifayət qədər yüksək məbləğ tələb olunur. Bu hamıya bəllidir.

Direktor sanballı reklam roliki çəkdirmək istəyirsə bu iş müəllimlərdən yığılan on manatla başa gələsi deyil. Ona görə də Tariyel Əkbərov müəllimlərə növbəti iclasda on manatdan deyil, bir az artıq məbləğin yığılmasını tələb etməlidir. Yox, əgər buna nail ola bilməyəcəksə, bu reklam rolikini özünün işlətdiyi son model telefonla çəksə daha məqsədəuyğundur.

Sözün düzü, direktor tədris ilinin sonuna yaxın reklam roliki çəkdirmək üçün bir az gecikib. Qismət olsa növbəti tədris ilində rahatlıqla çəkilişlərini edər. İndi çəkilişlərə başlasa, tədris ilinin sonuna qədər çəkilişləri ancaq bitirər. Çəkilən materialların montajına isə vaxt sərf etməli olacaq.

Aldığımız daha bir məlumatda deyilir ki , qarşıdakı günlərdə keçiriləcək imtahanlara müəllimlərdən daha çox marağı olan məhz direktorun özüdür. Tariyel Əkbərova yaxın olub yüksək dərs saatı alan müəllimlərin bu imtahanlarda hansı nəticəni toplaması da bizə maraqlıdır. İmtahanlarda direktora “böyük ümidlər” bəsləyən və güvənən müəllimlərə də uğurlar arzu edirik .

Görünən kəndə heç zaman bələdçi lazım olmayıb. Atalarımız bu sözü çox qabaqlar deyib. İndi bu müqəddəs kəlamın qüdrətindən XXI əsrdə istifadə edib deməyi özümüzə lazım bildik ki, əgər Tariyel Əkbərov müəllimlərin dərs saatını kəsməsəydi, onlarla etik davranış qaydalarını pozmasaydi, müəllimləri işdən çıxartmaqla hədələyib, təzyiq altında saxlamasaydı, Könül Səmədli və Elman Məmmədovun ünvanına müəllimləri yalan və şər-böhtan danışmağa məcbur etməsəydi, bu onun üçün ən yaxşı reklam olardı. Bu reklamın tamaşaçısı daha çox olardi. Eyni zamanda bu təbii reklamın rejissoru və müəllifi birbaşa özü olardı. Müəllimlərdən ötən gün tələb etdiyi on manat da necə deyərlər müəllimlərin cibində qalardı.

P.S

On manatdan yığılan pulla çəkilən reklam rolikinə baxmağı bu arada çox arzu edirik. Qismət olsa baxarıq. Onu da qeyd edək ki, Novruz bayramı tədbiri üçün 950 manat pulyığılmışdı.

Mövzunu davam etdirəcəyik.