Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs dələduzluqla üzləşib.
“Qa” xəbər verir ki, sənətçinin sahib olduğu “Tatlısəs qida” şirkətinin maliyyə şöbəsində çalışan iki xanım əməkdaşı külli miqdarda pul mənimsəyib.
Məlum olub ki, Özem P. və Fulya T. vəzifəsindən sui-istifadə edərək 2 milyon TL-yə yaxın pul xərcləyiblər.
Faktla bağlı cinayət işi açılıb.